Bu müqavilə Pasiyentin AZHealth Platforması vasitəsilə xidmətlərə çıxış qaydalarını, tərəflərin hüquq və öhdəliklərini, ödəniş, məxfilik və məsuliyyət şərtlərini tənzimləyir.
Bu müqavilə «Oxudum, qəbul edirəm» düyməsini sıxmaqla elektron qaydada qəbul edildikdə «Elektronik imza və elektron sənəd haqqında» AR Qanununa uyğun olaraq hüquqi bağlayıcılıq kəsb edir.
Müqavilə növü: Pasiyent / İstifadəçi Platform İstifadə Müqaviləsi Tərəflər: AZHealth (Platforma) ↔ Pasiyent/İstifadəçi Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının qanunvericiliyi
Platforma sahibi: AZERBAIJAN HEALTH TOURISM MMC. Pasiyent: Platformaya daxil olan, qeydiyyatdan keçən və/və ya xidmətdən yararlanan fiziki şəxs. 18 yaşdan kiçik şəxslər üçün müqaviləni qanuni nümayəndə qəbul edir.
AZHealth tibbi xidmət göstərmir. AZHealth yalnız texnoloji vasitəçi/koordinator platformadır. Tibbi diaqnoz, müalicə planı və bunların nəticələri tamamilə xidməti göstərən tibbi müəssisə/mütəxəssisin məsuliyyətindədir.
Platforma: www.healthtourism.az və əlaqəli xidmət modulları. Tibbi Müəssisə: AR Səhiyyə Nazirliyinin lisenziyası əsasında fəaliyyət göstərən müəssisə. Fərdi məlumat: şəxsiyyəti müəyyən edilən fiziki şəxsə aid istənilən məlumat.
Pasiyent doğru məlumatları təqdim etməlidir. Platforma şəxsiyyəti təsdiqləyən məlumat tələb edə bilər. Pasiyent hesabına giriş məlumatlarının məxfiliyinə cavabdehdir.
Platformada təqdim edilən məlumatlar ümumi məlumatlandırma xarakterlidir, tibbi məsləhəti əvəz etmir. Təcili vəziyyətdə Pasiyent ən yaxın Təcili Tibbi Yardım xidməti ilə (103) əlaqə saxlamalıdır.
Pasiyent randevunu Platforma üzərindən yarada bilər. Onlayn görüşlər üçün kamera/mikrofon icazəsi tələb olunur. İştirakçı 10 dəqiqə ərzində başlatmazsa Pasiyent bildiriş göndərə bilər.
Pasiyent: tam məlumatlandırılmaq, müalicədən imtina etmək, tibbi sənədlərin surətini almaq, şikayət bildirmək, fərdi məlumatlarına daxil olmaq hüquqlarına malikdir.
Pasiyent: qeydiyyat məlumatlarını doğru saxlamaq, tibbi tarixçəni tam bildirmək, randevulara vaxtında qoşulmaq, ödəniş öhdəliklərini yerinə yetirmək öhdəsindədir.
Tibbi məlumatlar məxfidir. Razılıq olmadan görüşün audio/video qeydi qadağandır. Yazışmalar yalnız xidmətin icrası məqsədilə saxlanılır.
AZHealth fərdi məlumatları birbaşa Pasiyentdən və Platforma istifadəsi zamanı toplayır. Tibbi sənədlər tibbi müəssisəyə yalnız Pasiyentin razılığı ilə ötürülür. Pasiyent öz məlumatlarına daxil olmaq, düzəliş tələb etmək hüququna malikdir.
Platformada qeydiyyat ödənişsizdir. Ödənişlər lisenziyalı bank vasitəsilə həyata keçirilir. Randevudan 24+ saat əvvəl iptal: tam qaytarma. 24 saatdan az: qaytarma yoxdur.
Platformadan qanunsuz fəaliyyət, saxta sənəd, texniki zərər, təhqiramiz kontent, saxta rəy üçün istifadə qadağandır. Pozuntu hesabın dayandırılmasına səbəb ola bilər.
Tibbi məsuliyyət xidməti göstərən tibbi müəssisəyə aiddir. AZHealth texniki arıza məsuliyyəti Pasiyentin son 3 ay ödədiyi məbləği aşa bilməz.
Şikayətlər info@healthtourism.az ünvanına göndərilir. AZHealth 5 iş günü ərzində qəbul bildirişi, 15 iş günü ərzində cavab göndərir.
Bildirişlər qeydiyyatdakı e-poçt/telefon vasitəsilə göndərilir. Müqavilə dəyişiklikləri 30 gün əvvəl bildiriş edilir.
Müqavilə elektron təsdiq anından qüvvəyə minir, müddətsizdir. Pasiyent istənilən vaxt hesabını silərək müqaviləni xitam edə bilər.
Bu müqavilə AR qanunvericiliyi ilə tənzimlənir. Mübahisələr 15 gün danışıqlar, sonra məhkəmə yolu ilə həll edilir.
Hər hansı bənd etibarsız sayılarsa yalnız həmin bənd qüvvədən düşür. Son versiya həmişə Platformada mövcuddur.
Aşağıdakı seçimlər müstəqildir, hər biri ayrıca qəbul edilir:
A — Əsas müqavilə (məcburi)
Platforma İstifadə Müqaviləsini, Məxfilik Siyasətini oxudum, başa düşdüm və qəbul edirəm.
B — Ticarət/marketinq bildirişləri (ixtiyari)
AZHealth-in kampaniya, xidmət yenilikləri barədə bildirişlər almağa razıyam. Bu razılığı istənilən vaxt geri götürə bilərəm.
C — Analitika (ixtiyari)
Platforma təcrübəsinin yaxşılaşdırılması üçün istifadə məlumatlarımın anonim analitika üçün istifadəsinə razıyam.
«Oxudum, qəbul edirəm» düyməsini sıxmaqla bu müqaviləni elektron qaydada qəbul edirəm. Bu elektron təsdiq əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir.
AZERBAIJAN HEALTH TOURISM MMC (AZHealth)
www.healthtourism.az